Abşeronda 4 nəfər 15 kiloqram narkotiklə saxlanıldı
Abşeronda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan, ümumilikdə 15 kiloqram müxtəlif adda narkotik aşkar olunub. Saxlanılan şəxslər İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ölkə ərazisində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işləri başlanılıb.
Lalə Nəsib