Abşeronda xeyli silah və narkotik aşkarlanıb
Abşeronda polis əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib. Rayon ərazisində ümumilikdə 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib. Vətəndaşlar 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verib, 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 20 cinayətin üstü açılıb.
Lalə Nəsib