ADY Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Artan sərnişin tələbatı nəzərə alınaraq 20-26 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə axşam və səhər əlavə reyslər təyin olunub.
Lalə Nəsib