AFFA İntizam Komitəsi 3 klubu cərimələyib
AFFA İntizam Komitəsi 3 klubu cərimələyib. Azərbaycan Premyer Liqasının XXI turunda “Səbail”lə görüşdə 4 futbolçusu sarı, 1-i isə qırmızı vərəqə alan “Qarabağ” 1200 manat cərimələnib. “Turan Tovuz”la ev oyunundan sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat ziyana salıb. Qonaq komandanın azarkeşlərinin oturduqları sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin “Turan Tovuz” klubu tərəfindən qarşılanması qərara alınıb.
Lalə Nəsib