Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir
Avropa İttifaqının nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb. Qərbi Azərbaycan İcmasından qeyd olunub ki, Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir. "Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”-deyə icmanın bəyanatında vurğulanıb.
Lalə Nəsib