"Antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərə ən qısa zamanda məktəblərin qayıdışını görəcəyik"
"Antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərə ən qısa zamanda məktəblərin və əhalimizin qayıdışını görəcəyik. Orada təhlükəsizlik və digər məsələlər təmin olunduqdan sonra bu, mümkün olacaq." Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında belə deyib.