APL-də XIV tura start verilib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. Bu gün daha iki oyun keçiriləcək. İlk olaraq saat 14-də "Səbail" "Kəpəz"i qəbul edəcək. Günün ikinci matçında "Qəbələ" doğma meydanda "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq.
Lalə Nəsib