"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində sabah iş olmayacaq
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Mərkəzlərdə vətəndaşlara yalnız bir xidmət göstəriləcək. Həmin gün vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə hazır sənədlərin götürülməsi ilə əlaqədar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri saat 8-dən 19-a, digər regional "ASAN xidmət" mərkəzləri isə 8-dən 18-dək fəaliyyət göstərəcək.
Lalə Nəsib