Canlı
Astara sakininin evindən bir kiloqramdan çox narkotik götürülüb

Astara sakininin evindən narkotik vasitə götürülüb. Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini, İqrar Nəriman oğlu Mirzəyev saxlanılıb. Evinə baxış zamanı 1 kq 25 qram həşiş qətranı, 11 qram heroin, 5,1 qram psixotrop maddə olan metan hetamin, 12 qram tiryək, 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev