Astarada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var
Astarada “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü, 1998-ci il təvəllüdlü Tural Əlizadə hadisə yerində ölüb. Sərnişini, Mehdi Əsgərzadə isə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib