Avarçəkənimiz “Çağırış Kuboku-2023” reqatasının qalibi olub
Azərbaycan avarçəkəni Diana Dımçenko Monakoda təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub. 4000 metr məsafəyə yürüşdə Dımçenkonun komandası finiş xəttinə hamıdan birinci çataraq çempionluğu qazanıb. Sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən 22 komandanın tərkibində 110 idmançı çıxış edib.
Lalə Nəsib