Avropa çempionatında 2 güləşçimiz 1/4 finala vəsiqə qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə qadın güləşində 5 çəkidə mübarizəyə start verilib. Azərbaycan millisinin üç üzvü də ilk sınağına çıxıb. Jalə Əliyeva və Elis Manolova rəqiblərinə qalib gələrək 1/4 finala vəsiqə qazanıblar. Birgül Soltanova isə norveçli rəqibinə uduzraq mərhələ adlaya bilməyib. Qadın güləşçilərimizdən Mariya Stadniklə Alyona Kolesnik isə bu gün finalda qüvvəsini sınayacaq.
Lalə Nəsib