Avropa Liqasında “Qarabağ”ın rəqibi müəyyənləşib
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Azərbaycan çempionu Portuqaliya “Braqa”sına rəqib olub. Portuqallarla ilk görüş gələn il fevralın 15-də səfərdə, cavab qarşılaşması isə fevralın 22-də Bakıda olacaq. “Feyenoord” - "Roma", “Milan” - "Renn", “Lans” - "Frayburq", “Yanq Boyz” - "Sportinq", “Benfika” - “Tuluza”, “Qalatasaray” - "Sparta" və “Şaxtyor” - "Marsel" qarşılaşmalarını da bu mərhələdə izləyəcəyik.
Lalə Nəsib