Avtomobilin yük yerində sərhədi keçmək istəyən qadın saxlanıldı
“Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli sakini Ömər Sadıqovun idarə etdiyi yük maşnına baxış keçirilib. Avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı Lamia Mamedova saxlanılıb. Araşdırmalar davam etdirilir.
Lalə Nəsib