Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibəti pisləyib

"Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk". Bu fikirlər Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinin Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibəti pisləyən bəyanatda vurğulanıb. Bildirilib ki, Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək. "Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq"-deyə bəyantda vurğulanıb.

Lalə Nəsib

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik