Azərbaycanın daha 4 cüdoçusu Qran-pridə mübarizəyə başlayır
Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib. İlk gündə Azərbaycan millisinin 9 cüdoçusu mübarizə aparıb. Onlardan 3-ü mükafatçılar sırasına düşüb. Yaşar Nəcəfov gümüş,Turan Bayramov və Kamran Süleymanov bürünc medala yiyələniblər. Bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayacaq. Yarış yanvarın 28-də başa çatacaq.
Lalə Nəsib