Azərbaycanın daha 5 güləşçisi hərbçilər arasında dünya çempionatında medal qazanıb
Azərbaycanın daha 5 güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb. Ruzanna Məmmədova və Orxan Abbasov bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev gümüş, Gültəkin Şirinova və Fərid Cabbarov isə bürünc medala yiyələniblər.
Lalə Nəsib