Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərində keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb. Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 36 kq-da mübarizə aparan idmançı yarımfinala qədər Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri taekvondoçusuna 2:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinada misirli rəqibinə məğlub olaraq bürünc medala yiyələnib. Azərbaycan böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.
Lalə Nəsib