Azərbaycanın daha iki boksçusu Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb
Azərbaycan millisinin daha iki boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb. Zeynəb Rəhimova 1/32 finalda əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb. Qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Yığma üzvü növbəti qarşılaşmada ilk mərhələdən azad olan efiopiyalı Aqerie Bayevlə üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək. Ümid Rüstəmov isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib. Rüstəmov 1/16 finalda keniyalı Bakari Hassanla gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq. Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.
Lalə Nəsib