Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək
Azad edilmiş ərazilərə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndinin Kərkicahan qəsəbəsinə 50, Xocalıya 50, Kəlbəcərə isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görülür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıblar.
Lalə Nəsib