Azərbaycanın iki boksçusu Bakıdakı beynəlxalq turnirin qalibi olub
Azərbaycanın iki boksçusu Bakıdakı beynəlxalq turnirin qalibi olub. Yarışda Rusiya, Qazaxıstan və Azərbaycan idmançıları öz güclərini sınayıblar. 76 kiloqram çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov qarşılaşıblar. Bu görüşdə E.Qənbərov texniki nokautla qalib gəlib. Azərbaycan idmançıları İsmət Eynullayevlə Məhəmməd Quliyevin görüşü isə birincinin üstünlüyü ilə yekunlaşıb.
Lalə Nəsib