Canlı
Azərbaycanın müdafiə naziri Qarabağ münaqişəsinin həllini NATO baş katibinin müavini ilə müzakirə edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası formatında Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib. Zakir Həsənov səfər çərçivəsində NATO Baş Katibinin müavini xanım Rouz Gotemoller ilə də görüşüb. Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO Baş katibinin müavininə məlumat verib. General-polkovnik Türkiyənin Milli Müdafiə naziri Fikri Işıkla işçi görüşü keçirərək, ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini də müzakirə edib.

Vüsalə Camal