Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir
Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib ki, yanvarın 14-16-da Azərbaycanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında magistral yolların buz bağlayacağı ehtimal edilir.
Lalə Nəsib