Azərbaycanın U-17 millisi Rusiyaya məğlub olub
Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub. Millimiz növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivinə qarşı keçirəcək.
Lalə Nəsib