Azərbaycanın U-20 millisi EEVZA çempionatında iştirak edəcək
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında iştirak edəcək. 2024-cü il yanvarın 10-14-ü aralığında Polşanın Qojuv-Velkopolski şəhərində baş tutacaq yarışda ümumilikdə 5 ölkənin yığması mübarizə aparacaq. Millimiz Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq. Yarış AVRO-2024-ə seçmə xarakter daşıyır.
Lalə Nəsib