Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında iştirak edəcəklər
Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milliləri 2024-cü ilin 17 may - 16 iyun tarixlərində keçiriləcək Qızıl Avropa Liqasında iştirak edəcəklər. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin millisi mübarizə aparacaq. Yeni reqlamentə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutanlar “dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında “dördlər finalı”nın ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələ ki ev sahibi bəlli deyil.
Lalə Nəsib