Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin çempionu olub
Azərbaycanın daha iki güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində çıxışını başa vurub. 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sənan Süleymanov finalda macarıstanlı rəqibinə qalib gələrək, reytinq turnirinin çempionu olub. Qadınların mübarizəsində isə Alyona Kolesnik reytinq turnirində bürünc medal qazanıb.
Lalə Nəsib