Azərbaycan çempionatına Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan gimnastları da qatılacaq
Fevralın 15-16-da keçiriləcək batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyində 110-dək idmançı qüvvəsini sınayacaq. Yarışda millimizlə yanaşı Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan millilərinin üzvləri də qoşulacaqlar. Turnirdə idmançılar fərdi və sinxron proqramda müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Lalə Nəsib