"Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoydu" Prezident İlham Əliyev
"Bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik. Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik" Bu fikirləri Prezident İlham Əliyev SPECA Zirvə görüşündə çıxışında deyib. Azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərindən məlumat verən ölkə rəhbəri həmin ərazilərə 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün qayıdacağını vurğulayıb.
Lalə Nəsib