Azərbaycan ağırlıqqaldıranı Qran-pri yarışında 365 kq nəticə göstərib
Azərbaycan idmançısı Əli Şükürlü Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri yarışında çıxış edib. O, 102 kq çəki dərəcəsi üzrə B qrupunda qüvvəsini sınayıb. Atlet toplam 365 kq nəticə göstərib. Onun yekun sıralamada tutduğu yer A qrupunda çıxışlar bitəndən sonra bilinəcək. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 atlet iştirak edir. II Qran-priyə dekabrın 18-də yekun vurulacaq.
Lalə Nəsib