Azərbaycan ağırlıqqaldıranları Qran-pridə iştirak edəcəklər
4-18 dekabrda Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisi keçiriləcək. Kişilər və qadınlardan ibarət yarışda Azərbaycan 4 idmançı ilə təmsil olunacaq. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.
Lalə Nəsib