Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını ölkəsinə təhvil verib
Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşı, 1981-ci il təvəllüdlü Rustam Karimovu ölkəsinə təhvil verib. Baş Prokurorluqdan verilən məlumata görə, o, dələduzluq əməlini törətməkdə təqsirləndirilir. Özbəkistanın hüquq-mühafizə orqanları onu 2023-cü il mayın 26-da beynəlxalq axtarışa verib.
Lalə Nəsib