Azərbaycan Basketbol Liqası: “Sumqayıt” “Gəncə”yə qalib gəlib
Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində ev sahibi komanda “Gəncə” ilə qarşılaşıb. Görüş “Sumqayıt”ın 95:88 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda hər iki komandanın hesabında 12 xal var.
Lalə Nəsib