Azərbaycan Basketbol Liqası: "NTD-İndiqo" liderlərə çatıb
Basketbol üzrə Azərbaycan Liqasının XII turu çərçivəsində Gəncə Basketbol klubu Xaçmazın NTD İndiqo klubunu qəbul edib. Qarşılaşmanın əvvəlində meydan sahibləri hesabda önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər və matç Xaçmaz klubunun 94:80 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarının sayını 22-yə çatdıran "NTD-İndiqo" liderlər qrupundakı "Sabah" və "Xəzri"yə çatıb. Nizami Yurdunun təmsilçiləri isə 14 xalla 9-cu sıradadır.
Lalə Nəsib