Azərbaycan boksçusu lisenziya turnirində 1/8 finala yüksəlib
Azərbaycan boksçusu Zeynəb Rəhimova İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib. 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala yüksəlməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək. Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq. Bu gün Azərbaycanın daha 4 boksçusu da qüvvəsini sınayacaq.
Lalə Nəsib