Azərbaycan boksçusu vyetnamlı rəqibini məğlub edib
Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib. 66 kq çəkidə mübarizə aparan yığma üzvü 1/32 finalda vyetnamlı həmkarını yarışdan kənarlaşdırıb. Allahverdiyeva 1/16 finalda ispaniyalı Mariana Soto Torreslə qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq. Lisenziya turnirinə martın 11-də yekun vurulacaq.
Lalə Nəsib