Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib
Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. Görüş hər iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında baş tutub. Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Hər iki ölkə arasınada Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər. Həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Lalə Nəsib