Azərbaycan güləş millisi Xorvatiyada təlim-məşq toplanışına başlayıb
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb. Yığma Xorvatiyanın Poreç şəhərində bir neçə komandanın iştirakı ilə keçirilən hazırlıq prosesinə qatılıb. Yanvarın 28-dək davam edəcək birgə məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Toplanış qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Lalə Nəsib