Azərbaycan güllə atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Macarıstanın Dyör şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıblar. Onlar 10 metr məsafəyə qarışıq komanda yarışlarında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Avropa çempionatına martın 3-də yekun vurulacaq.
Lalə Nəsib