Azərbaycan Gürcüstan və İranla birlikdə yeni dövlət sərhədindən buraxılış məntəqələri inşa edəcək
Azərbaycan Gürcüstan və İranla birlikdə gömrük nəzarətinin həyata keçirilməsi üçün yeni dövlət sərhədindən buraxılış məntəqələri inşa edəcək. Dövlət sərhəd buraxılışında AQTA məntəqələri qurulacaq. Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib. Sənədə əsasən, Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaq, sərhəddə qatarlara baxış vaxtı qısaldılacaq.
Lalə Nəsib