Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin martın 15-i Bakıda 9-cu üçtərəfli görüşü keçiriləcək. Görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Lalə Nəsib