Azərbaycan idmançısı güc idman növündə dünya çempionu olub
Azərbaycan idmançısı Əli Əsgərov güc idman növündə dünya çempionu olub. O, Moskvada keçirilən ilk dünya çempionatında birinci yeri tutub. Benç press növündə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 190 kiloqramlıq ştanqı sinəsi üzərinə qaldırıb. Yarışda dünyanın müxtəlif ölkələrindən 300-dən çox idmançı mübarizə aparıb.
Lalə Nəsib