Azərbaycan idmançısı Türkiyədə peşəkar döyüşün qalibi olub
Türkiyədə ilk dəfə olaraq muay tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub. Tədbirdə Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər. Naxçıvan Muxtar Respublikadan 4 idmançı yarışa qatılıb. 63,5 kq çəki dərəcəsində çıxış edən Hüseyn Həsənov türkiyəli Ufuk Bakırhanla görüşü qalibiyyətlə tamamlayaraq qızıl medala və kəmərə sahib çıxıb. Digər idmançılarımız gümüş medalla təltif olunublar.
Lalə Nəsib