Canlı
Azərbaycan İslamiadanın 7-ci gününü 17 medalla başa vurub

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yeddinci günündə 17 medal qazanıb. İdmançılarımız 9 qızıl, 4 gümüş və 4 bürünc medal əldə ediblər. Boks yarışlarında Cavid Çələbiyev, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, paraatletikada Nurlan İbrahimov, yunan-Roma güləşində Kamran Məmmədov, Elvin Mürsəliyev, İslam Abbasov, taekvondoda Ramin Əzizov və qadınlardan ibarət voleybol yığması qızıl medal qazanıb.

Vəfa Şairova