Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar
Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən Karate turnirində 3 medal qazanıblar. Beynəlxalq yarışda yığma üzvlərindən Gülay Orucova və Nəsimi Musayev fəxri kürsünün ən yüksək pilləsinə qalxaqaraq qızıl medalın sahibi olublar. Fərid Hacızadə gümüş mükafata yiyələnib.
Lalə Nəsib