Azərbaycan Kuboku: II təsnifat mərhələsi başa çatıb
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub. "Şamaxı" səfərdə "Zaqatala"nı 1:0 hesabı ilə üstələyib. Komanda 1/8 finalda "Səbail"lə üz-üzə gələcək. "İmişli" isə evdə "Mingəçevir"i eyni hesabla məğlubiyyətə uğradıb. I Liqa təmsilçisi növbəti raundda "Qəbələ"yə rəqib olub.
Lalə Nəsib