Azərbaycan Kuboku: "Qəbələ" I Liqa klubunu çətinliklə məğlub edib
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Günün son matçında "Qəbələ" "İmişli" ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Premyer Liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar" 1/4 finalda "Araz-Naxçıvan"la görüşəcək. Turun digər oyunları dekabrın 20-21-də keçiriləcək.
Lalə Nəsib