Azərbaycan Kuboku: "Zirə" ilk oyunda qələbə qazanıb
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Günün ilk matçında "Səbail" "Zirə"ni qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. Cavab qarşılaşması fevralın 8-də Zirədə reallaşacaq. Günün digər görüşündə "Qarabağ" "Sabah"ın qonağı olacaq. Digər matçlar yanvarın 31-də oynanılacaq.
Lalə Nəsib