Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub. İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan kollektiv uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. “Səbail”i bu dəfə 3:0 hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın yarımfinaldakı rəqibi “Qəbələ” – “Araz-Naxçıvan” cütünün qalibi olacaq. Görüş sabah baş tutacaq. Yarımfinal mərhələsinin oyunları aprelin 2-də və 23-də keçiriləcək.
Lalə Nəsib