Ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib. Dövlət başçısı ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyindən təəssüfləndiyini də vurğulayıb. Prezident əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, Avropa Şurasından tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxılmasının mümkünlüyünə də toxunub.
Lalə Nəsib